Bakı Beynəlxalq Avtovağzalında son iki ilin rekord göstəricisi qeydə alınıb
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib və 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Bu barədə Yeniçag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bu, son iki ilin rekord göstəricisidir!
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Qeyd edək ki, martın sonunadək Biletim.az-da ATB kartı ilə ödəniş etdikdə 3% keşbek qazana bilərsiniz!