Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb – FAKTİKİ HAVA
Martın 20-si saat 18:00-a olan faktiki hava məlumatı yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, martın 20-si saat 18:00-da ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Külək şəraiti
- Culfa: Küləyin sürəti 21 m/s
- Bakı və Abşeron yarımadası: Küləyin sürəti 18 m/s
- Naftalan: Küləyin sürəti 18 m/s
- Naxçıvan: Küləyin sürəti 15 m/s
Dənizdə vəziyyət
- Neft Daşları stansiyası: Dənizdə dalğanın hündürlüyü 4 metr
Yağıntılar
- Yağış yağan ərazilər: Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astara
- Qar yağan ərazilər: Gədəbəy və Şahdağ