Ərəblər böyük savaşa hazırlaşır

media-hightechnic-468x90

img1774085Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çoxlu zirehli texnika toplayır

Səudiyyə Ərəbistanı Yəmən sərhədində ağır toplar da daxil olmaqla, hərbi texnika və canlı qüvvə yerləşdirir. Bu ölkə qiyamçıların mövqelərinə hava zərbələri endirməyə hazırlaşır.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Yəməndə davam edən daxili münaqişədə İran tərəfindən dəstəklənən şiə məzhəbli huti qiyamçıları paytaxt Sananı ələ keçirdikdən sonra cənub paytaxtı Ədən üzərinə yürüşə başlayıblar.
ABŞ bildirib ki, Səudiyyə Ərəbistanının Yəmən sərhədinə yığdığı texnikadan həm müdafiə, həm də hücum əməliyyatlarında istifadə oluna bilər. ABŞ tərəfindən dəstəklənən Yəmən prezidenti Abd-Rabbu Mansor Hadi hazırda Ədən şəhərinə yerləşib.
Yəmənin xarici işlər naziri Körfəz ölkələrini və BMT-ni müdaxiləyə çağırıb. O, İranı Yaxın Şərq boyunca məzhəb ədavətini qızışdırmaqda ittiham edir.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600