Ermənistanda 11 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı - YENİLƏNDİ

media-hightechnic-468x90

Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, meyitlərin məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisənin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Həmçinin qeyd olunub ki, qəza nəticəsində yaralanan 6 nəfərdən 5-i Gümrü tibb mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.

Onların durumunun ağır olduğu bildirilir.

Hazırda istintaq aparılır.

***

11:18

Ermənistanda İrəvan-Gümrü yolunda “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.

Yenicag erməni mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər dünyasını dəyişib.

Daha 7 nəfər xəstəxanaya yerləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600