!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əşrəf Qəninin sabiq müşavirindən "Yeni Çağ"a ÖZƏL AÇIQLAMA: "Mübarizə davam edəcək"

!Reklam – Yazi

“Əşrəf Qəninin birinci müavini Əmrullah Saleh şimala çəkilərək dirənişi davam etdirməyə çalışır”.

Bu fikirləri Əfqanıstanda son baş verən olaylar və mövcud durum barədə danışan Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin sabiq müşaviri, ölkənin sabiq vitse-prezidenti, marşal Əbdülrəşid Dostumun siyasi məsələlər üzrə sözçüsü Fazil Əhməd Burget Yenicag.az-a açıqlamasında səsləndirib.

Fazıl Əhməd Burget “Taliban”ın mərkəzi hakimiyyəti ələ keçirəcəyinin gözlənilən olduğunu vurğulayıb:

“Çox təəssüf ki, Əfqanıstan belə bir vəziyyətlə üzləşib, lakin bu, gözlənilən idi. Hazırda Kabil “Taliban”ın idarəsinə keçib. Bildiyiniz kimi, prezident Əşrəf Qəni də ölkəni tərk edib. Onun hansı ölkəyə getdiyi bilinmir, lakin bəziləri Tacikistana, digərləri Özbəkistana sığındığını deyirlər.

Mücahid qrupların hakimiyyətə gəldiyi 90-cı illər təcrübəsindən yararlanaraq təmkinli davranırlar. Hazırda Kabildə 4-5 min amerikan əsgəri var və onlar diplomatik mərkəzlərin təhlükəsizliyini təmin edirlər”.

Keçici hökumətin qurulmağa başlandığını bildirən sabiq müşavir Əşrəf Qəninin birinci müavini olmuş Əmrullah Salehin mübarizəni davam etdirməyə çalışdığını bildirib:

“Keçmiş prezident Həmid Kərzai, Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah və keçmiş liderlərdən Gülbəddin Hikmətyar öz aralarında koordinasiya şurası qurub, bəzi idarələrin “Taliban”a verilməsi üçün işləyirlər. Ən azından, keçici hökumətin qurulması cəhdləri var.

Keçmiş prezident Əşrəf Qəninin birinci müavini Əmrullah Saleh isə şimala çəkilərək dirənişi davam etdirməyə çalışır. Bu da “Taliban”ın iqtidarı ələ keçirməsinə rəğmən mübarizənin davam edəcəyinə dəlalət edir”.

Aqil Bəkir

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv