Facebook-da yeni funksiya

media-hightechnic-468x90

img1774425Facebook-un “On This Day” funksiyası istifadəçilərə lentdə keçmiş illərin konkret günlərində baş verən hadisələri yada salmağa kömək edəcək.

İstifadəçilər keçmiş tarixlərdə yazdığları statuslar və ya bölüşdükləri şəkilləri yenidən asanlıqla tapa bilərlər. Keçən illərin şəkilləri və ya statusları yalnız istifadəçiyə əks olunacaq, amma onu istənilən vaxt xəbər lentində yenidən bölüşə bilərlər.

Bundan əlavə istifadəçi günlük xatırlamalara abunə olmaqla öncəki illərin həmən günündə baş verənləri görə bilərlər.

Marağlı olan odur ki, “On This Day”-in alqoritmi helə qurulub ki o mənfi emosiya daşıyan məlumatı yada salmır. Məsələn, münasibətdə olub və ayrılmış insanlar haqqında və ya həyatların dəyişən insanlarla bağlı məqamları əks etdirmir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa