!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fiziki məhdudiyyətli şəxslərin TƏHSİL ƏNGƏLİ: “Buna bir neçə amil mənfi təsir göstərir”

!Reklam – Yazi

“İnküliziv təhsillə bağlı prosesdə ləngimələr var. Düşünürəm ki, bu, bütün məktəb və kolleclərimizdə paralel səviyyədə getmir.

Yenicag.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında deyib.

 

Deputat qeyd edib ki, bu prosesə daha diqqətlə və həssas yanaşılmalıdır: “Burada maarifləndirmə işlərinə də ehtiyac var. Valideynlər məktəblərə uşaqları necə gətirmək lazım olduğunu bilməlidir”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, təhsil müəssisələrində yetərli sturuktur, baza, resurs, vəsait və kadr potensialı, xüsusilə, kollec və ali təhsil müəssisələrində fiziki məhdudiyyətli şəxslərin normal təhsil alması və onların təhsil alma hüququnun təmin olunması üçün tam şərait yoxdur.

Onun sözlərinə görə, son rəqəmlərə baxsaq, 40 minə yaxın şagirdin bu və ya digər formada fiziki məhdudiyyəti var.

“Hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Son rəqəmlərə baxsaq, 40 minə yaxın şagirdin bu və ya digər formada fiziki məhdudiyyəti var. Düzdür, inküliziv məktəblər hazırda ölkənin bütün ərazisində fəaliyyət göstərməsə də, fiziki məhdudiyyətli şəxslərin tədris prosesinə cəlb olunması ilə bağlı, ciddi işlər görülüb. Xüsusilə inküliziv siniflər yaradılmaqla həmin problemlər aradan qaldırılır. Düzdür, burada müxtəlif fiziki məhdudiyyətli şəxslər olduğuna görə eyni sinifdə şagirdlərin hamısının tədrisə cəlb olunması mümkün deyil. Yəni inküliziv sinifləri təşkil etməkdən ötrü müxtəlif məhdudiyyətli şəxsləri bir sinfə yığmaq keyfiyyətli təhsil təşkil etməyə imkan vermir. Yəni həm eşitmə, həm görmə, həm də psixoloji problem, yaxud autizm kimi müxtəlif fiziki məhdudiyyəti olan şəxslər bir sinifdə olarkən təbii ki, burada ənənəvi dərslərin keçirilməsi mümkün olmayacaq. Hesab edirəm ki, inküliziv təhsillə bağlı orta məktəb bazasında başlayan problem ali məktəblərdə də davam edir. Təhsil müəssisələrində yetərli struktur, baza, resurs, vəsait və kadr potensialı, xüsusilə, kollec və ali təhsil müəssisələrində fiziki məhdudiyyətli şəxslərin normal təhsil alması və onların təhsil alma hüququnun təmin olunması üçün tam şərait yoxdur. Düşünürəm ki, biz bu istiqamətdə qardaş Türkiyənin və İsrailin təcrübəsindən yararlanmalıyıq. Hər iki ölkə bu sahədə çox ciddi nəticələr əldə edə bilib”.

Mütəxəssis əlavə edib ki, fiziki məhdudiyyətli şəxslərin təhsilə cəlb olunmasına bir neçə amil mənfi təsir göstərir:

“Yol infrastrukturunun əlverişli olmaması, məktəblərdə həmin şəxslərin rahat hərəkət etməsi üçün infrastrukturun olmaması onlar üçün problem yaradır. Digər tərəfdən aparılan tədqiqatlar göstərir ki, bəzən fiziki məhdudiyyətli övladı olan valideynlər uşaqlarının evdən çıxaraq, dərs prosesində iştirak etməsinə o qədər də maraqlı olmurlar. Onlar daha çox fərdi təhsilə, digər təhsil alma formasına maraqlı olur. Bu da ciddi problem olaraq qalır. Bəzən görürük ki, fiziki məhdudiyyətli övladı olan şəxslər övladlarının təhsil prosesində aktiv iştirakına o qədər də ciddi yanaşmırlar. Bu da həmin uşaqların təhsilə cəlb olunmalarına da öz mənfi təsirini göstərir. Hesab edirəm ki, bu istiqamətdə valideynlər arasında maarifləndirici söhbətlər aparılmaldır. Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, sosiallaşması üçün onları az sinifli şagirdlərlə belə təhsilə cəlb etməliyik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv