Səfər Qaraqoyunlu: “Şəhriyar türk dünyasının ən böyük şairlərindəndir” – FOTO

media-hightechnic-468x90

Türk dünyasının sevilən şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsi İğdır vilayətinin Qaraqoyunlu şəhərində anılıb.

Yenicag.az xəbər verir ki, Qaraqoyunlu Ata Ocağında keçirilən tədbirdə çıxış edən TADEF-in mətbuat sözçüsü, İSTAD sədri və Qaraqoyunlu Ata Ocağının qurucusu Səfər Qaraqoyunlu böyük şairi rəhmətlə yad edərək, onun türk dünyasının ən önəmli ədəbi simalarından biri olduğunu vurğulayıb.

Tədbirin moderatoru, İğdır Universitetinin rektoru professor Əkrəm Gürəl Şəhriyar yaradıcılığında türklük və milli mədəniyyətin güclü şəkildə əks olunduğunu bildirib. On Doqquz Mayıs Universitetinin professoru Zeynalabdin Makas isə şairin iki hissədən ibarət məşhur əsərinə 800-dən çox nəzirə yazıldığını xatırladaraq şəxsi xatirəsini bölüşüb. O, Şəhriyarın özünə imzalı foto hədiyyə etdiyini qeyd edib.

İğdır Universitetinin müəllimi Arslantürk Akyıldız şairin yaradıcılığında türk adət-ənənələrinin geniş yer tutduğunu vurğulayıb. Tədbirdə çıxış edən İğdır Barosunun vəkili Cəfər Zor və jurnalist Əşrəf Uzundərə isə Şəhriyarın şəxsi həyatından bəhs edərək, sevdiyi qızı ala bilməməsinin onun şeirlərində də əks olunduğunu bildiriblər. Onlar şairin əsərlərindən parçalar səsləndirərək tədbir iştirakçılarına duyğulu anlar yaşadıblar.

Qeyd edək ki, Şəhriyarın xatirəsinə həsr olunan tədbir onun türk dünyasına bəxş etdiyi zəngin irsin xatırladılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyıb. Toplantı xatirə fotosessiyası ilə başa çatıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa