Yaxın Şərqdən gələn SOS SİQNALI – “Əgər İsrail dayanmasa...”
“Əgər İsrail hərbi əməliyyatları dayandırmasa, bölgə qan gölünə çevriləcək”.
Bu sözləri Türkiyənin Suriyada baş verən proseslərə müdaxilə etmək imkanları, İsrailə qarşı atılacaq addımları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, Türkiyə Suriyada baş verən proseslərə hərbi müdaxilə edə bilər:
“Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə hakimiyyəti həlledici rol oynadı. Eyni zamanda o rejimin dəyişməsi üçün milyonları xərclədi. Hazırkı Suriya rejimi Türkiyənin təsiri altındadır və Suriyada keçid dövrünü yaşayır. Bu, Türkiyənin rəhbərliyi altında uğurla başa çatacaq. Türkiyə İsrailin regionda at oynatmasına imkan verməyəcək. Qətəri və Səudiyyə Ərəbistanını da prosesə qoşa bilərlər. Artıq İsrailin vəziyyəti çətinləşib və 1 il əvvəlki vəziyyət deyil. Əgər İsrail hərbi əməliyyatları dayandırmasa, bölgə qan gölünə çevriləcək”.
Səxavət Məmməd