Zaur canlı yayımda ETİRAF ETDİ: “Xanımım deyir ki, sən də mənə maşın al”
“Xanımına maşın almısan, gizlin ver, daha niyə göstərirsən?! Ola bilər, bəzilərinin xanımları baxıb deyər, Hüseyn həyat yoldaşına maşın alıb, sən də mənə al. Səni buna görə qınayırlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Kamal verilişində qonaq olan və bir müddət öncə doğum günü olan xanımına avtomobil hədiyyə edən klarnet ifaçısı Hüseyn Məhəmmədoğluna xitabən deyib.
Hüseyn ona belə cavab verib:
“Qoy, kişilər kənardakı qadınlara yox, öz xanımına qarşı diqqətli olsunlar”.
“Evdə xanımım dedi ki, Hüseyn yoldaşına maşın alıbsa, sən də mənə al, indi mən neyləyim?” deyən Zaurun bu sözlərinə verilişdə qonaq olan Nadir Qafarzadənin reaksiyası isə belə olub:
“Al deyir, almalısan. Sən də “krısa”lıq etmə də…”
Nehru