Gəncədə qurumuş ağaclar nömrələnir - FOTOLAR

media-hightechnic-468x90

 

Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların nişanlanması işlərinin aparılmasında məqsəd yaşıllıq sahələrinin sağlamlaşdırılması, estetik görünüşün yaxşılaşdırılmasıdır. Eyni zamanda, Gəncəni yaşıllıqlarla zəngin məkana çevirmək, həmçinin yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq, yaşıllıqları mühafizə etməkdir”​. 

Bunu “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

“Eyni zamanda bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından da bu cür planlı işlər olduqca əhəmiyyətlidir”, – M.Qənbərov əlavə edib.

“İndiyədək ətraf-mühitlə bağlı bizi qane etməyən məsələlər var idi. Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq. İlk dəfə Gəncədə pilot layihə olaraq belə yanaşma tətbiq olunur. İstənilən vərəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahıda hansısa uyğunsuzluq olarsa, aşkarlanacaq ki, ağaclar haradan və necə götürülüb”, – qurum rəsmisi bildirib.

O qeyd edib ki, görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq ki, bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa