Hacıbala Abutalıbov məhkəməyə verilir

media-hightechnic-468x90

tuthgggggggfMüxalifətdə təmsil olunan gənclər təşkilatlarının bir qrupu Bakı Şəhər İcra Hakimiyyəti barəsində məhkəməyə müraciət edəcək. 

Bu barədə “Nida” Vətəndaş Hərəkatının rəhbər heyətinin üzvü Turqut Qəmbər deyib. 

Onun sözlərinə görə, növbəti həftə məhkəməyə müraciət edilməsi ilə bağlı bir daha müzakirə aparacaqlar: “Gənclər təşkilatı olaraq bu absurd imtina məktubuna görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə planlaşdırırıq. Amma məhkəməyə müraciət edilməsi məsələsinin bir daha müzakirəyə ehtiyacı var. İstənilən halda qərar mətbuata açıqlanacaq”. 

Xatırladaq ki, altı qurum – Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və REAL Hərəkatı mayın 18-də Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. 

Bakı Şəhər İcra Hakimiyyəti isə bu aksiyanın keçirilməsini məqsəduyğun hesab etməyib.

10643168_10203824104835811_395473395_nZİYA ƏLİYEV

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600