Hadisəyə “tərbiyəsiz” deyən şərhçi təzminat ödəyəcək

media-hightechnic-468x90

Müğənni Hadisenin şəxsiyyətinə deyilən sözlərə görə idman şərhçisi Ahmet Çakara qarşı açdığı məhkəmə işi yekunlaşıb.

Yenicag.az axsam-a istinadən xəbər verir ki, məhkəmə Ahmet Çakarın 50 min lirə məbləğində mənəvi təzminatı faizi ilə birlikdə ödəməsinə qərar verib.

İddia Hadisenin 15 dekabr 2024-cü il tarixində yayımlanan “İbrahim Selim ilə Bu Gecə” proqramında şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalardan sonra Ahmet Çakarın öz yutub kanalında “Hadise tərbiyəsiz və mədəniyyətsiz bir qadındır” deməsi ilə bağlı olub.

Hadisenin vəkili Orhan Erol Müezzinoğlunun məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunub ki, sözügedən ifadələr müvəkkilin nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirib. Bu əsasla 50 min lirə mənəvi təzminat tələb edilib.

Beykoz Rayon Mülki Məhkəməsi iddianı təmin edərək Ahmet Çakarın 50 min lirə məbləğində mənəvi təzminatı 15 dekabr 2024-cü ildən etibarən hesablanacaq qanuni faizi ilə birlikdə Hadiseyə ödəməsinə hökm çıxarıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa