Hava şəraiti sərin olacaq
Yaxın iki gün ərzində Azərbaycanda hava şəraiti nisbətən sərin olacaq, Bakıda temperatur ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.
Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişiləcək. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Yağış yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq. Mayın 20-də Azərbaycanın bölgələrində qərb rayonlarından başlayaraq şimşək caxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.