!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havayda alovların toxunmadığı "möcüzəvi ev" - FOTO

!Reklam – Yazi

ABŞ-ın ən əhəmiyyətli tətil mərkəzlərindən biri olan Havay adaları tarixinin ən böyük meşə yanğınlarından birini yaşayıb. Yanğınlardan sonra böyük ziyan görən Mauinin tarixi Lahaina şəhərindən bir görüntü diqqət çəkib.

Yenicag.az xəbər verir ki, ətrafında hər şey külə dönərkən alovların dəymədiyi “möcüzəvi ev” sosial mediada diqqət çəkib. Ev sahibləri ABŞ mətbuatına yanğınlardan əvvəl bir sıra təmir işləri apardıqlarını bildiriblər. Belə ki, isti iqlimi sevən termitlərə qarşı tədbir olaraq evin ətrafındakı yaşıllıqlar budanıb. Evin damı taxta hissələrdən təmizlənib, əvəzinə metal təbəqə əlavə edilib.

Səlahiyyətlilər yanğının bu səbəbdən evə dəymədiyini bildiriblər.

Xatırladaq ki, Havay ştatında baş verən yanğınlarda indiyədək ən azı 114 nəfərin öldüyü açıqlanıb. Yanğınlarda 2200-dən çox obyekt zərər görüb.

Bu ərazidəki dənizkənarı evlərin 4 milyon dollar dəyərində olduğu bildirilir.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv