Həkim sükan arxasında öldü, maşın qəzaya uğradı

media-hightechnic-468x90

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa