Hindistanın Çinlə RƏQABƏTİ: Sürətli hərbiləşdirmə yeni münaqişə ocağı yaradacaq?
“Hər iki tərəf artıq geri çəkilməni qəbuledilməz zəiflik kimi görür”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Əmir Abbas Gürbüz deyib.
O, Hindistanın Himalayda sürətlə hərbi infrastruktur qurması və Çin ilə sərhədi boyunca potensial gərginliyin artmasına hazırlaşması barədə fikirlərini bölüşüb.
Siyasi şərhçi bildirib ki, Hindistanın Himalayda sürətləndirdiyi hərbi infrastruktur layihələrini 2020-ci ildə Qalvan vadisində baş vermiş toqquşmanın yaratdığı strateji ayılmanın birbaşa nəticəsi kimi qiymətləndirmək olar:
“Yeni Dehli bu bölgədə yollar, körpülər, hava limanları və hərbi bazalar inşa etməklə Çinin son iyirmi ildə sərhəd ərazilərində formalaşdırdığı üstünlüyü tarazlaşdırmağa çalışır.
Hər iki tərəf artıq geri çəkilməni qəbuledilməz zəiflik kimi görür. Bu isə Himalayaları nəzarət olunan eskalasiyanın davam etdiyi, lakin nəzarətdən çıxmış qarşıdurmanın dəyərinin getdikcə artdığı həssas bir tarazlıq nöqtəsinə çevirir”.
Nəsimi Ələsgərli












