İcra başçısı istintaqa ifadə verdi

media-hightechnic-468x90

Lənkəranın icra başçısı Taleh Qaraşov istintaq orqanının əməkdaşları tərəfindən dindirilib. İcra başçısı təxminən iki saat müstəntiqləri maraqlandıran suallara cavab verib.

Yenicag.az xəbər verir ki, bu barədə Yenisabah.az-a hüquq – mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Taleh Qaraşovun qardaşının qətli ilə bağlı dindirildiyi bildirilir.

Qeyd edək ki, Taleh Qaraşovun qardaş Azər Qaraşov iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Əvvəl mərhumun intihar etdiyi bildirilsə də, sonradan onun qətlə yetirildiyi məlum olub. Qanlı cinayət hadisəsi ilə bağlı Azər Qaraşovun oğlu Azay Qaraşov saxlanılıb.

O, atasını qətlə yetirməkdə ittiham olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa