İki rayonda qaz təchizatı dayandırıldı

media-hightechnic-468x90

Bu gün saat 09:00-dan Abşeron və Gəncədə qaz təchizatı dayandırılıb.

Bu barədə Yenicag.az Azəriqaz İB-nin yaydığı məlumat istinadən xəbər verir.

Məlumatda deyilir ki, “Pirəkəşkül” QPS-də istismara yararsız qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, “İsmayıllı” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində və “Talıstan” ölçü qovşağından qidalanan qaz xəttində təmir işlərinin aparılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Gəncə” və “Samux” QPS-lər arası 720 mm-lik qaz kəmərində kompensatorun quraşdırılması ilə əlaqədar 23 avqust saat 09:00-dan qaz təchizatı dayandırılıb.

Təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşviqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600