"İlham Əliyevin bu bəyanatını alqışlayırıq" - Rəsmi İrəvan
“Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan açıqlayıb.
“Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institutlaşması baxımından böyük əhəmiyyət kəsb edir”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib ki, Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb./unikal