!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran və Rusiyanın Qarabağ AVANTÜRASI: "Azərbaycan antiterror əməliyyatı keçirərək..." - ŞƏRH

!Reklam – Yazi

“İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, Rusiya isə sülhməramlı kimi etimadı doğrultmalıdır”.

Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanat və Xarici İşlər Nazirliyinin (XİN) İrana verdiyi etiraz notasına münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri hadisələrin bu cür cərəyan edəcəyi təqdirdə Azərbaycanın antiterror əıməliyyatlarına başlayacağını istisna etməyib:

“Sülhməramlılar müxtəlif bəhanə və arqumentlərlə öz birbaşa vəzifələrini yerinə yetirməkdən yayınacaqsa, Rusiya bir tərəfdən Ermənistan ordusunun yenidən qurulmasına kömək edib, digər tərəfdən isə Ermənistan hərbçilərinin sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində yerləşdirilməsinə göz yummağa davam edəcəksə, Azərbaycan da öz qanuni hüququndan istifadə edərək adekvat tədbirlər görəcək. O cümlədən, Azərbaycan sülhməramlıların məsuliyyət zonasında antiterror əməliyyatı keçirərək ərazilərimizin Ermənistanın işğalçı ordusunun qalıqlarından təmizlənməsinə başlayacaq”.

Əlisahib Hüseynov qeyd edib ki, Rusiya sülhməramlıları hazırda Ermənistanın müharibədən sonra dirçəlməsinə və yenidən davakar-revanşist mövqedən çıxış etməsinə sanki qəsdən münbit şərait yaradırlar:

“Bu baxımdan, Müdafiə Nazirliyinin xəbərdarlıq məzmunlu bəyanatla çıxış etməsinə hava-su kimi ehtiyac yaranmışdı. Eləcə də, İranın ölkəmizdəki səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunması və görüşdə səfirin diqqətinə İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı real faktların çatdırılması, həmçinin bununla bağlı qarşı tərəfə nota təqdim olunması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Ola bilsin ki, Azərbaycan XİN-in bu addımı İran tərəfi üçün gözlənilməz addım kimi təəssürat bağışlaya bilər. Ancaq əsl həqiqətdə isə burada heç bir gözlənilməzlik yoxdur. Əgər İran iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən bu kimi hallara bilərəkdən yol verirsə, deməli, eyni zamanda Azərbaycanın da səbr kasasının günün birində daşacağını gözləməliydi. İrana məxsus yük avtomobillərinin Rusiya sülhməramlılarının gözü qarşısında Qarabağa qanunsuz səfərlər etməsinə Azərbaycan susmayacaqdı və etirazını bildirəcəkdi”.

Gülşən Şərif

COP29

www.yenicag.az

829
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv