İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılacaq vəsaitin HƏCMİ

media-hightechnic-468x90

Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılması planlaşdırılan vəsaitin həcmi açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

2021-ci ilin dövlət büdcəsindən isə bu istiqamətdə 2 milyard manat vəsait ayrılmışdı.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600