İsrailli əsgərlər evə soxulub, uşağı sorğu-sual etdilər-Video

media-hightechnic-468x90

86933İsrail hərbçilərinin gecə vaxtı fələstinli ailənin evinə girərək axtarış apardığını əks etdirən videolar yayılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bir neçə əli silahlı və üzü maskalı “B’Tselem” hərbi qrupunun üzvləri gecə saat 3:20-də qəfildən fələstinli ailənin evinə girərək axtarış aparmağa başlayıb. Digər üzü maskalılar da evdəki bütün uşaqları oyatmağı tələb edib. Anaları isə uşaqların yatdıqlarını və əsgərləri görəndə qorxacaqlarını deyib. Lakin hərbçilər uşaqları çağırmaqda təkid ediblər. Onlar yuxudan oyandırılan uşaqlardan adlarını və yaşlarını soruşub, şəkillərini çəkiblər.

Uşaqların atası övladlarına tez-tez “qorxmayın” deyib. Lakin onlardan biri hətta həyəcandan öz adını da səhv deyib. Hərbçilər evdən çıxan kimi isə uşaqlardan biri ağlamağa başlayıb.

Uşaqların anası belə bir vaxtda niyə evlərinə gəldiklərini soruşanda hərbçilərdən biri “mən öz günümün qafikini sizinlə müzakirə etmək niyyətində deyiləm” deyə cavab verib. Onlar uşaqları dindirmələrini isə belə izah ediblər ki, gün ərzində uşaqlar israilli əsgərlərə daş atıblar.

Qeyd edək ki, “Beynəlxalq uşaqları müdafiə” təşkilatının Fələstin şöbəsinin məlumatına görə, İsrail hərbçiləri hər il 500-700 arası uşağı əsgərlərə daş atdığına görə həbs edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600