İstanbulda terrorçuların girov götürdüyü prokuror şəhid oldu

media-hightechnic-468x90

87210İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir.

Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

***

İstanbul məhkəməsində terrorçuların girov götürdüyü və əməliyyatla ağır yaralı vəziyyətdə azad edilən prokuror Mehmet Mehmet Selim Kiraz dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600