"İstəklilər" yenə toplanır: Gündəlikdə Putinlə birbaşa təmas da var

media-hightechnic-468x90

“İstəklilər koalisiyası”na daxil olan ölkələr yanvar ayında Ukrayna münaqişəsinin həlli mövzusunda yeni danışıqlar raundu keçirməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) adı açıqlanmayan avropalı rəsmiyə istinadən məlumat yayıb.

Bu müzakirələrin Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra baş tutacağı gözlənilir. Kiyevdən verilən məlumata görə, görüş Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında yaxın günlərdə keçirilə bilər.

FT həmçinin Yelisey sarayının nümayəndəsinin sözlərini sitat gətirib. O bildirib ki, “müəyyən mərhələdə avropalıların Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoq qurması lazım olacaq, necə ki, Fransa Prezidenti Emmanuel Makron bunu təklif edib”. Məlumat verən əlavə edib ki, başqa çıxış yolu yoxdur, yalnız Rusiyanı işçi səviyyədə atəşkəs variantına razı salmağa çalışmaq lazımdır.

Fransa lideri bundan əvvəl də Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtı çatdığını söyləmişdi. O vurğulamışdı ki, hazırkı format, yəni amerikalı danışıqlarçıların avropalıların iştirakı olmadan Rusiya ilə Ukrayna məsələsini müzakirə etməsi optimal deyil.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa