İsveç Ukraynaya 200 milyon dollar birbaşa büdcə yardımı təqdim edəcək

media-hightechnic-468x90

İsveç 2026-cı ildə Ukraynaya 200 milyon dollar birbaşa büdcə dəstəyi verəcəyini elan edib.

media-banner_tkm

Yenicag.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Bu maliyyələşdirmə müharibə zamanı insanların gündəlik ehtiyaclarını, o cümlədən kritik əhəmiyyətli dövlət xidmətlərini, enerji təchizatını, səhiyyəni, məktəbləri, pensiyaları və digər ödənişləri təmin edəcək. Biz İsveçə qətiyyətinə, dəstəyinə və sarsılmaz həmrəyliyinə görə dərindən minnətdarıq”, – o qeyd edib.

Onun sözlərinə görə, İsveç avqustda Ukraynaya birbaşa büdcə dəstəyi göstərən ilk ölkə olub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05