Kəramət meyxanaçıları HƏDƏFƏ ALDI: "Bunlarınkı odur ki, babam nənəni hində nanay..."

media-hightechnic-468x90

Yazıçı Kəramət Böyükçöl növbəti dəfə meyxanaçıları “bombardman” edib.

Yenicag.az xəbər verir ki, yazıçı öz sosial media hesabında bunları yazıb:

“Meyxananı tənqid edəndə meyxana deyənlərin hamısı tökülür üstümə ki, Kəramət bizim dəyərimizi təhqir edir, aşağılayır. Amma meyxanaçı yoldaşları Cavid Sumqayıtlını neçə ildir həbs ediblər, hələ heç birinin onu müdafiə etdiyini görməmişəm. Rəşad Dağlı cinayət törədib. Cinayətlara azadlıq arzulayırlar. Çünki siyasi deyil. Ancaq Cavid Sumqayıtlıya azadlıq tələb etmək o yana dursun, heç azadlıq arzulaya da bilmirlər. Bunların öz dəyərlərinə həqiqi münasibəti bundan ibarətdir. Qoyasan ancaq kimsə gətirib qabaqlarına 10 manat tullaya, bunlar da bir-birinə deyə ki, babam nənövü hində nanay-nanay…”

Qeyd edək ki, Cavid Sumqayıtlı 2021-ci ilin oktyabrında həbs edilib. Meyxanaçı külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Onun siyasi qafiyələrinə görə həbs edilməsi isə doğru deyil. Çünki həmin görüntülər həbsindən uzun illər öncəyə aiddir. Ehtimal olunur ki, bu səbəbdən də meyxanaçı yoldaşları Rəşad Dağlıya sahib çıxsalar da, Cavidlə bağlı analoji addımı atmırlar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa