KİV: Əsəd Moskvada dəbdəbəli həyat sürür, həkimlik etmək istəyir

media-hightechnic-468x90

Keçmiş Suriya diktatoru Bəşər əl-Əsəd hazırda oftalmologiya dərsləri alır və ailəsi ilə birlikdə Rusiyada dəbdəbəli həyat sürür.

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“London təhsilli oftalmoloq olan Əsəd hazırda “rus dilini öyrənir və oftalmologiya biliklərini yenidən təzələyir,” – Əsəd ailəsinin dostu nəşrə deyib. O əlavə edib ki, keçmiş diktator Moskvanın elitası arasında həkimlik etməyi hədəfləyə bilər.

Məlumata görə, Əsəd ailəsi siyasi güc və təsirdən uzaqlaşdırılıb və Moskvada sakit, şəxsi həyat yaşayır. Əsədin övladları isə tez-tez Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər.

Mənbələr bildirir ki, keçmiş diktatorun həyat yoldaşı Əsma əl-Əsəd, uzun müddət leykozla mübarizə aparandan sonra Moskvada eksperimental müalicə alıb və artıq sağalıb. Həyat yoldaşının səhhəti sabitləşdikdən sonra Əsədin rejiminin süqutu ilə bağlı “öz hekayəsi”ni paylaşmaq üçün mediada çıxış etməyə çalışdığı, Rusiya və ABŞ mediası ilə müsahibələr planlaşdırdığı, lakin ictimai danışmaq üçün Rusiya hakimiyyətinin icazəsini gözlədiyi qeyd olunur.

Əsəd 2024-cü ilin noyabrında devrilib. Onun 14 il davam edən vətəndaş müharibəsi nəticəsində təxminən 600 min insan həlak olub, 14 milyona yaxın insan isə didərgin düşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa