“Konçita” rus səfirliyinə hücum etdi
İngiltərənin “Sun” qəzetinin jurnalisti özünü Konçita Vursta bənzədərək Rusiyanın Londondakı səfirliyinə girmək istəyib.
Jurnalistin bu addımına səbəb Rusiyanın “Avroviziya”da Avstriyanı təmsil edən Konçita Vurstu təhqir etməsi olub.
Fillips adlı jurnalisti səfirliyin qarşısında polislə qarşılaşıb. Jurnalist ondan səfirlə görüşmək üçün içəri buraxmasını istəsə də, ona bildirilib ki, bunun üçün əvvəldən icazə alınmalıdır.
Daha sonra Roman Abramoviçin sahibi olduğu “Çelsi” klubunun stadionu “Stemford Bric”ə girmək istəyən “Konçita” bu arzusuna da nail ola bilməyib(axar.az).