!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lahıcda 2000 illik kanalizasiya-su xətti aşkarlandı

!Reklam – Yazi

Elmlər Akademiyası tərəfindən Lahıc Tarix Mədəniyyət Qoruğunun yaşayış məntəqəsi kimi salınmasının kəşfiyyat işləri aparılıb. Burada 2000 illik kanalizasiya-su xətti aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev deyib.

Onun sözlərinə görə, bu, ilkin tariximizi göstərən faktdır, çay daşı ilə çəkilib.

“Bir çox yerlərdə bu xəttin heç yerə çıxmadığı qeyd olunur, lakin bu, doğru deyil. Sadəcə quruluşu elədir ki, suyu filtirizasiya edir. Yalnız Girdiman kəndinə çıxan yerdə təmiz su əldə olunur. Xətt labirint formasında qurulub. Su çay daşlarına toxunaraq hərəkət etdiyi üçün təmizlənir.

Əhalinin əsas gəlir mənbəyi sənətkarlıqdır. Əvvəllər 100-ə yaxın sənətkar olub, indi 40-a yaxını fəaliyyət göstərir. Mərkəzi küçəmizdə onların emalatxanası var. Turistlərin həmin emalatxanalarda ustalarla birgə işləmək imkanı da var”.

Onun sözlərinə görə, Lahıcda 8 metrdən hündür tikili yoxdur. Ərazimiz seysmik olduğundan tikintidə əsasən çay daşı və meşə ağacından istifadə olunur. Meşə ağacı elastik olduğundan evi uçmağa qoymur. Divarın qalınlığı 80 santimetr olur:

“Misgərlik Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci il dekabrın 15-də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Evlərin bərpası üçün xüsusi konsepsiya var. Təmir-bərpa işləri bu konsepsiyaya uyğun şəkildə aparılır.

Lahıc sakinlərinin hamısı turizmlə dolanır. Kimisi evində bişirdiyi yeməyi gələn turistə satır, kimisi evini kirayə verir, kimi dağ bitkiləri yığıb satmaqla dolanır, bəziləri sənətkar, bəziləri mağaza-obyekt sahibidir və s.

Hazırlanan qida məhsulunu turistə təqdim etmək tam sərbəstdir. Yeganə şərt Qida Təhlükəsizliyi Agentliyindən bunun üçün sertifikat alınmalıdır”.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv