Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı artırıldı

media-hightechnic-468x90

Azərbaycanda 2019-cu ildən qüvvədə olan neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının dərəcəsi dəyişib.

media-banner_tkm

“Yenicag.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aylıq gəlir 200 manata qədər olduqda isə sığortaolunan 3%, sığortaedən isə 22% sosial sığorta haqqı ödəyib. Aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15%-i qədər sosial sığorta haqqı tutulub.

Qanuna əsasən, bu il yanvarın 1-dən aylıq gəlir 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqının tutulması qaydası hazırkı kimi olacaq. Aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10%-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15%-i qədər məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.

Bu ildən aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10%-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11%-i qədər sosial sığorta haqqı ödəyəcək. Beləliklə, bu halda sosial sığorta haqqı dərəcəsi ümumilikdə 21% olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05