Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başladı

media-hightechnic-468x90

Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.

Boş qalan yerlər üçün sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Vakant yerlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: http://bitly.ws/SLGZ

Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600