Lukaşenko 123 nəfəri əfv etdi

media-hightechnic-468x90

Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin liderlərindən biri olan Mariya Kolesnikova da yer alır.

Qeyd olunub ki, azadlığa buraxılan şəxslər daha əvvəl casusluq, terrorçuluq, ekstremist fəaliyyət və digər maddələr üzrə məhkum ediliblər.

Xatırladaq ki, Aleksandr Lukaşenko son dövrlərdə Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa