Lukaşenko: “Ukrayna bizim olmalıdır”

media-hightechnic-468x90

aaaaaBelorus prezidenti Aleksandr Lukaşenko Ukraynanın hər hansı hərbi bloka qoşulmasına qarşı çıxıb.  

Lukaşenko bunu Minskdə Ukrayna səfiri Mixail Yejellə görüşü zamanı deyib.  

“Ukraynanı hər hansı hərbi bloka itələməyə ehtiyac yoxdur. Ukrayna elə Ukrayna olmalıdır”, – deyə Belorus prezidenti deyib.

Lukaşenkonun sözlərinə görə, Minsk orada baş verən neqativ hadisələrin tez başa çatmasını, Ukraynanın bütöv bir dövlət kimi inkişaf etməsini istəyir.

Lukaşenko bildirib ki, onun Ukrayna səfiri ilə görüşü simvolik xarakter daşıyır: “Mən Ukraynada baş verən proseslər barədə çox danışmışam, bu da təbiidir. Ukrayna xalqı, hökuməti və siz məni bunda təqsirləndirməyin. Biz heç vaxt Ukraynanın bizə qarşı mövqe tutmasını təsəvvür etmərik. Bu bizim üçün qəbuledilməzdir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600