Lukaşenko Ukraynaya dronları vurmağı qadağan etdi
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya bir qadağa qoyduğunu bildirib.
Yenicag.az xəbər verir ki, o, Kiyevin ölkəsinin ərazisi üzərində Rusiyaya məxsus olduğu iddia edilən dronları vurmasına icazə verməyib.
“Onlar bizə ərazimizdəki dronları vuracaqları barədə xəbərdarlıq etdilər. Mən onlardan bunun genişmiqyaslı nəticələrə səbəb olacağını çatdırmalarını xahiş etdim”, – deyə Lukaşenko bildirib.
Siyasətçi həmçinin xatırladıb ki, Ukraynaya məxsus dronlar Polşa, Litva və Latviya ərazilərindən respublikaya uçub.












