Yenicag.az xəbər verir ki, xəbər portalı 2021-ci il iyunun 10-dan fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.
Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri və hadisələri oxuculara təqdim edir. Saytın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində, ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Saytın təsisçiləri tanınmış jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.
Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir. Gündəmin nəbzini tutan Manşet.az tək Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən də izlənilir və sevilir.
“Yeni Çag” Media Qrupunun kollektivi “Manşet.az”dakı həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!