Maskın sərvəti 600 milyard dolları keçdi
Ameriaklı milyarder İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk şəxs olub.
Yenicag.az xəbər verir ki, o, “Space X” şirkətinin dəyərinin 800 milyard dollara çatması nəticəsində tarixdə ilk dəfə 600 milyard dollardan çox sərvətə malik şəxsə çevrilib.
Bu göstərici “Forbes”ə danışan iki investor tərəfindən təsdiqlənib.
Hazırda İlon Mask planetin ən varlı insanıdır və “Space X”in 42 faiz payına sahibdir. Şirkətin yeni qiymətləndirilməsi ilə Maskın şəxsi sərvəti 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb.
Forbes qeyd edir ki, Mask hazırda trilyoner statusuna digər milyarderlərə nisbətən daha yaxındır. Onun ən yaxın rəqibi “Google”un həmtəsisçisi Larri Peycin sərvəti 252 milyard dollar təşkil edir və aralarındakı fərq 425 milyard dollardır.












