Məhkəməni uduzduğu üçün vəkili güllələdi

media-hightechnic-468x90

Türkiyənin Antalya şəhərində ağlasığmaz olay yaşanıb.

media-banner_tuq

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyadakı özəl kolleclərdən birinin direktoru olan Bilal K. kolleclə bağlı məhkəmə işini uduzduğu üçün vəkili Semih G.-yə atəş açıb.

İlkin məlumata görə, Semih G.-ni məhkəmə işi ilə bağlı danışmaq üçün kollecə çağıran Bilal K. bir müddət sonra özündən çıxıb. Əsəblərinə hakim ola bilməyən direktor, “Bizi yaxşı müdafiə etmədiyin üçün uduzduq”, – deyərək vəkilə atəş açıb.

Ayağından yaralanan Semih G. Xəstəxanaya qaldırılıb. Hadisə yerindən qaçan Bilal K. isə bir müddət sonra polisə təslim olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05