“Məsləhət üçün ona müraciət edirəm“

media-hightechnic-468x90

jhkjklkpıÖlkə başçısı İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalar anaları,  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, geyim tərzi və dəb haqqında yazıblar.

A.Əliyeva sosial şəbəkədəki rəsmi səhifəsində  paylaşdığı yazıda bunları vurğulayıb:

“Biz harasa ailəlikcə gedəndə birlikdə hazırlaşırıq, bir-birimizdən məsləhətlər alırıq. Adətən, mən fərqlənməyə çalışıram. Bu o qədər də asan olmur. Bununla belə həmişə konservativ tərzə üstünlük verirəm – super hitlər və qıcıqlandırıcı geyimlər mənlik deyil. 

Anam bizim üçün paltar seçməyi bacarır. Hətta biz yanında olmasaq belə, o, seçdiyinin bizə yaraşıb-yaraşmayacağını bilir və heç vaxt yanılmır. Bacımla birlikdə ilk tərz dərslərini lap uşaqkən anamı müşahidə edə-edə öyrənmişik. O, geyinib bəzənəndə, saçlarını darayanda biz oturub baxırdıq. Anam bizə xüsusi məsləhətlər verməyib, amma böyüdükcə istər-istəməz onun tərzini təkrarlamağa başladıq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva da anası haqqında fikirlərini bölüşüb: 

“Hərdən birlikdə mağazaları gəzirik. Təəssüf ki, bu istədiyimiz qədər tez-tez baş vermir. Mən paltarı ilk növbədə “yaraşır, ya yaraşmır” prinsipi ilə seçirəm, “dəbdədir, ya yox” deyə fikirləşmirəm. Bizim üçümüzün də bədən ölçümüz eynidir. Odur ki, hərdən paltarlarımızı dəyişirik. Anam kimi mən də lakonik, detallarla ağırlaşdırılmamış, birrəngli paltarları sevirəm. Ən çox qara rəngdən xoşum gəlir. Çalışıram ki, hamının tanıdığı, kolleksiyanın hitinə çevrilmiş libasları yox, özümə yaraşanı geyinim. Anam həmişə nəyi nə ilə uyğunlaşdırmaq lazım gəldiyini bilir. Suallarım yarananda məsləhət üçün ona müraciət edirəm. Başqa heç kimə. 

Mənim tərzimi nə Moskvasayağı, nə də Bakısayağı adlandırmaq olmaz. O, daha çox Londona xasdır. Çünki mən İngiltərədə böyümüşəm. Londonda geyimə çox vaxt ayırmaq qəbul edilmir. Çins, idman ayaqqabıları geyinib çıxırsan. Amma Moskvada və Bakıda qarderoba ciddi yanaşırlar. Bu sevindirici haldır”(axşam.az).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600