Millət vəkili istefa verdi
Türkiyə Böyük Millət Məclisinin CHP-çi millət vəkili Səbahət Akkiraz millət vəkilliyindən istefa verib.
CHP-çi millət vəkili Soma faciəsindən sonra millət vəkilliyindən istefa ərizəsini CHP-nin sədri Kamal Kılıçdaroğluna çatdırıb.
CHP-li Səbahət Akkiraz “İqtidarın kreslo sevgisinə, hadisədə siyasi məsuliyyət götürməməsinə cavab olaraq Somada itirdiyimiz insanların yanında olmaq üçün kresloya ehtiyacımız yoxdur”, – deyə bildirib.
Türk musiqisinin önəmli simalarından olan Səbahət Akkiraz millət vəkilliyindən istefa verdikdən sonra Tvitter hesabında bunları yazıb: “Cümə axşamı günü deputatlıqdan istefa ərizəmlə Kamal Kılıçdaroğluna müraciət edib onunla görüşdüm. Ona Soma faciəsinin ardınca istefa verməli olduğumuzu dedim. Somanın siyasi məsuliyyətini üzərinə götürə bilməyən iqtidara qarşı birləşmək lazımdır”.