Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə matçının ən yaxşı oyunçusu seçilib.
Yenicag.az xəbər verir ki, “Whoscored” 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.
Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.
Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb./report/