MİQ: Bəzi fənlər üzrə vakansiya seçimi başlayır

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə vakansiya seçimi başlayır.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 10 avqust saat 15:00-dan etibarən qeyd olunan fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.