Müdafiə naziri və ailəsi qəzaya düşdü

media-hightechnic-468x90

jhjnkmLaos Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Sienq Kuanq əyalətində qəzaya uğrayıb.

Bu barədə Laos Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 14 nəfər, o cümlədən yüksək rütbəli hərbçilər olub. Onların arasında Laosun müdafiə naziri və xanımı, ictimai təhlükəsizlik naziri və paytaxt Vyentyan şəhərinin meri də var. Ölənlərdən hələlik 9 nəfərin cəsədini tapmaq mümkün olub.

Nümayəndə heyəti Laos Xalq Ordusunun ikinci diviziyasının 55 illik yubiley tədbirlərində iştirak etməyə gedirmiş. Faciə ilə əlaqədar bütün yubiley tədbirləri təxirə salınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa