!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllim maaşları niyə artırılmır? – Şərh

!Reklam – Yazi

40958125Vurğun Əyyub: “Hakimiyyətin düşüncəsində bu olmadığından müəllimlərin maaşlarının ciddi  şəkildə artırılması istiqamətində  real addımlar atılmır”

Uzun illərdir ki, Azərbaycan cəmiyyətində müəllimə diqqət yetirməyin, onun maddi rifahının yüksəldilməsinin vacib olduğu müxtəlif səviyyələrdə bildirilir. Amma buna baxmayaraq, Azərbaycan müəllimi, xüsusən də orta məktəb müəllimləri hələ də aşağı əmək haqqı almaqda davam edirlər.

Görəsən, cəmiyyətin formalaşmasında aparıcı rol oynayan müəllimlərin əmək haqlarının lazımı həddə qədər qaldırılması, onların rifahının yüksəldilməsi məsələsi bu günə qədər niyə öz həllini tapmayıb?

vurgun eyyub_1Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub Yenicag.az-a açıqlamasında sözügedən məsələnin həll edilməməsini hakimiyyətin bu istiqamətdə istəyinin olmamasında və müəllimlərin özlərinin passiv olmasında axtarmağı lazım bildi: “Azərbaycanda müəllim əməyinə təəssüf ki, hörmət və qiymət yoxdur. Hakimiyyətin beyni və düşüncəsində bu olmalıdır ki, müəllimlərin də rifah halının yüksəldilməsi istiqamətində real addımlar atılsın, tədbirlər görülsün. İkinci bir tərəfdən, hesab edirəm ki, ölkədə müəllimlərlə bağlı ciddi bir islahat keçirilməlidir. Bu islahatın ardınca da tələblərə cavab verən müəllimlərin maaşları əhəmiyyətli dərəcədə qaldırılmalıdır. İndiki maaş isə heç nəyə yaramır. Başqa bir tərəfdən, müəllimlərin əmək haqlarının çox aşağı olaraq qalmasında onların özləri də belə demək mümkündürsə, günahkardır.  Belə ki, hər dəfə hakimiyyət mənsublarının canına dua oxumaqla məşğul olan bir dəstə növbətçi müəllimlər də tapılır. Onlar cəmiyyətdə belə bir görüntü yaradırlar ki, guya müəllimlərin maddi vəziyyəti çox yaxşıdır, heç bir problem də yoxdur. Halbuki, normal əmək haqqı almağa haqqı olan müəllimlərin bunun üçün tələb etmələri də vacibdir. Çox təəssüf ki, bu tələb yalnız arxada dedi-qodu etməklə yekunlaşır. Müəllimlərin adından danışan “müəllimlər” də heç bir qınaq obyektinə çevrilmir. Müəllim özü öz maddi vəziyyətinin yaxşı olduğu fikrilə razılaşmış kimi görünür”.

ELÇİN

COP29

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv