NATO Ukrayna silah tədarükü üçün ikinci mərkəz açdı

media-hightechnic-468x90

2026-cı ilin yanvar ayından etibarən Rumıniyada Ukrayna üçün silahların tranzitini əlaqələndirəcək və asanlaşdıracaq yeni NATO logistika mərkəzi fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Defense Express” nəşri məlumat yayıb.

Bildirilib ki, yeni mərkəz sayəsində NATO Ukraynaya tədarük edilən silahların maksimum tranzit səviyyəsini ikiqat artıra biləcək.

Mərkəzin Rumıniyada açılmasını NATO komandanının Ukraynaya dəstək üzrə müavini general Mayk Keller də təsdiqləyib.

Qeyd edək ki, buna qədər NATO silahlarının Ukrayna tədarükü mərkəzi Polşanın Jeşuv şəhəri idi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa