NATO və Gürcüstan birgə təlimlərə başlayır

media-hightechnic-468x90

87130NATO və Gürcüstan bu ilin yayında birgə təlimlər keçirəcəklər.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu haqda Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay danışıb.

“Mütəxəssislərimiz Gürcüstana birgə təlim mərkəzinin yaradılmasında kömək edirlər. Biz əsas qrupun üzvlərini artıq müəyyən etmişik. Onlar tezliklə Gürcüstana gələcəklər və bu yay bizim birgə təlimlərimiz olacaq”, – deyə Appaturay bildirib.

Qeyd edək ki, Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildən – Gürcüstanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulandan sonra başlayıb. 2004-cü il inqilabından sonra isə bu əməkdaşlıq daha da intensivləşib. 2008-ci ilin aprelində isə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO üzvü olmasının mümkünlüyü təsdiqlənmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa