Naxçıvanda yanğın olub

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğının baş verməsi barədə məlumatlar daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Yanğın nəticəsində 3,5 hektar yol kənarı və həyətyanı sahələrdə quru otluq yanıb, 6,5 hektar sahə, 3 fərdi yaşayış evi, 1 heyvandarlıq ferması, 1 yardımçı tikili, 1 transformator, 1 mobil telefon antenası (köşkü ilə birlikdə) yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600