Naxçıvanda yanğında 15 baş heyvan tələf oldu

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində yardımçı tikiliyə yığılan ot bağlamalarında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Naxçıvan şəhər və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yenicag.az xəbər verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, hadisə nəticəsində 14 quzu 1 dana tələf olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600