!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir onu baş idarəyə rəis TƏYİN ETDİ - FOTO

!Reklam – Yazi

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyinat olub.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Elşad Məmmədli təyin edilib.

Qeyd edək ki, Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.

Nazir onu baş idarəyə rəis TƏYİN ETDİ - FOTO

COP29

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv