Nazirlikdən təyinatlarla bağlı açıqlama
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi, general-mayor Heydər Piriyev tutduğu vəzifədən azad edilərək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəis təyin olunub.
Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi, polkovnik Füzuli Salahov isə AAHM-nin rəisi vəzifəsinə təyinat alıb.
V. Dərgahlının sözlərinə görə, Hərbi Polisinin rəisi vəzifəsinin icrası isə polkovnik Azad Ağayevə həvalə olunub(apa).